Premyer Liqanın IX turu çərçivəsində, oktyabrın 24-də səfərdə “Kəpəz”lə qarşılşacaq “Xəzər Lənkəran” hazırlıqlarını davam etdirir.
İdmanxeber.com-un məlumatına görə, oktyabrın 21-də komandann növbəti məşqi baş tutub. Stadionun ehtiyat meydançasında keçirilən “Xəzər Lənkəran”ın U 19- komandasının oyunu bitən kimi saat 17:00-da eyni məkanda əsas heyətin hazırlıq prossesi başlayıb. Məşqdə Rasim Ramaldanov iştirak etməyib. Təcrübəli müdafiəçi Bakıda müalicə alır. Zədəsini sağaltmaq üzrə olan Orxan Əliyev isə hələlik ancaq fərdi məşqlə kifayətlənir. (12cioyuncu.info)