Bir müddət öncə yerli mətbuatda maraqlı xəbər yayılmışdı. Xəbərə görə, “Xəzər Lənkəran” Mustafa Dənizlidən öncə “Fənərbağça”nın sabiq baş məşqçisi Aykut Kocamanla danışıqlar aparıb, ancaq o, lənkəranlıların 4 milyonluq təklifini geri çevirib.
Bu məsələyə aydınlıq gətirmək üçün Cənub klubunun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu ilə əlaqə saxladıq. O, idmanxeber.com-a açıqlamasında bunları dedi:
“Bu xəbər barədə dəqiq heç nə deyə bilmərəm. Ola bilər namizədlər arasında olub. Ancaq bunu tam əminliklə deyirəm ki, klubumuz elə ilk olaraq Dənizli ilə danışıqlar aparıb”.