Antalyada qış hazırlığını davam etdirən “Xəzər Lənkəran” daha iki oyunçu transfer edir.
Klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlunun idmanxeber.com-a verdiyi məlumata görə, Cənub təmsilçisi Braziliyadan və Türkiyədən olan iki futbolçu transfer etməkdə maraqlı olduqlarını bildirib.
Məsələnin konkretləşmədiyini bildirən Cəbrayıloğlu bunların birinin müdafiəçi, digərinin isə yarımmüdafiəçi olduğunu qeyd edib.