19 Fevral 2025
Kateqoriyasız

“Xəzər Lənkəran”dan iki transfer birdən: Lənkəranlı azarkeşlər çox sevinəcəklər

“Xəzər Lənkəran” nəhayət ki, Rauf Əliyev və Əfran İsmayılov məsələsində müsbət sonluqa nail olub.

İdmanxeber.com-a klubdan əldə etdiyi məlumata görə, hər iki futbolçu ilə bütün detallar razılaşdırılıb və millimizin üzvləri yeni mövsümdən etibarən Lənkəran klubunun şərəfini qoruyacaq.

Onların bu gün və ya sabah Sloveniyadakı təlim-məşq toplanışına qoşulacağı gözlənilir.

Hər iki futbolçu ilə yaxın iki gündə münasibətlər rəsmiləşdiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43