Naxçıvanda baş tutan Superkubokda qalib olan "Xəzər Lənkəran" məğlub etdikləri "Neftçi"nin üzvlərinə qarşı jest edib.
İki komanda arasında uzun müddətdir ki, davam edən gərginliyə "ağ-yaşıllı"ların futbolçuları və rəsmiləri sözün əsl mənasında bir anlıq ara veriblər.
Belə ki, mükafatlandırma mərasimində gümüş medalları almağa gedən "Neftçi" futbolçularını Cənub klubunun üzvləri alqışlarla yola salıblar.
Bu isə diqqətdən yayınmayıb.
Qeyd edək ki, sözügedən qarşılaşmada "Xəzər Lənkəran" "Neftçi"ni 2:1 məğlub edərək, Superkuboka sahib çıxıb.