Ölkə futbolu

“Xəzər Lənkəran”dan “Neftçi”yə sərt ismarıc: “Onların başına oyun açacayıq”

Premyer Liqanın 20-ci turunda bu gün “Xəzər Lənkəran” doğma meydanda “Neftçi”ni qonaq edəcək.

Gərgin matç öncəsi Cənub klubunun iki futbolçusu Rahid Əmirquliyev və Kamran Abdullazadə idmanxeber.com-a qısa açıqlama verib:

Rahid Əmirquliyev: “Sabah (red-bugün) azarkeşlər tamam başqa bir “Xəzər Lənkəran” görəcəklər və bizə də həmin azarkeşlər lazımdı. Oyunçular da azarkeşlərin fəallığını gözləyir. Sabah “Neftçi”nin başına bir oyun açaq görsünlər”.

Kamran Abdullazadə: “Sabah (red-bugün) “Neftçi” adlanan kluba futbol dərsi keçəcəyik və azarkeşlər futbol şousu görəcəklər və bizdə onlardan şou gözləyirik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43