Bir müddətdir yerli mətbuatda "Bakı"nın futbolçusu Marius Penanın "Xəzər Lənkəran"a keçəcəyi xəbərləri dolaşır.
Bunu aydınlaşdırmaq üçün Lənkəran klubunun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu ilə əlaqə saxladıq. O, idmanxeber.com-a açıqlamasında bu xəbəri təkzib etmədi: "Hər şey qışda bəlli olacaq. Bildiyimizə görə, onun klubu ilə müqaviləsi var".