“Pitə özünə klub tapmağı tapşırmışıq. Onunla bir çox klublar maraqlanıb. Ancaq real bir şey olmayıb”.
Bu sözləri idmanxeber.com-a açıqlamasında “Xəzər Lənkəran”ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu deyib.
Cənub klubunun rəsmisi bildirib ki, Pitin geri dönüşü mümkünsüzdü:
“Toşakın istəyi ilə komandadan 4 futbolçu göndərildi ki, bunların içərisində də Pit var idi. Onun bağışlanaraq komandada saxlanılması inandırıcı deyil. Bu mümkünsüzdü”.