“Xəzər Lənkəran”ın sabiq futbolçusu Marin Orsuliçin yeni klubu bəlli olub.
İdmanxeber.com-un məlumatına görə, xorvatiyalı futbolçu Bolqarıstanın ÇSKA (Sofia) klubu ilə anlaşıb.
Sofia klubunun rəsmi saytında yer alan xəbərdə deyilir ki, təcrübəli oyunçu ilə 1 illik sözləşmə imzalanıb.
Qeyd edək ki, Orsuliç Avroliqada “Makkabi” rüsvayçılığından sonra “Xəzər Lənkəran”dan qovulmuşdu.