Ölkə futbolu

“Xəzər Lənkəran”dan qovulan futbolçu “Napoli”yə keçir

"Xəzər Lənkəran"da qovulan ispaniyalı qolkiper Toni Doblas karyerasını "Napoli"də davam etdirə bilər.

İdmanxeber.com-un "Syk Sports" nəşrinə istinadən verdiyi xəbərə görə, Rafael Kabralın zədələnməsindən sonra əlacsız qalan komanda azad agent statusuna malik olan Doblası heyətində görmək istəyir.
Mənbədə daha sonra bildirirlir ki, 
“Napoli” futbolçunun transfer vərəqi üçün federasiyaya müraciət edib.

Qeyd edək ki, “Napoli”nin baş məşqçisi Rafael Benites qapıçını İspaniyadan tanıyır.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43