23 Dekabr 2024
Kateqoriyasız

“Xəzər Lənkəran”dan Rəhim Həsənova sərt ittiham: “Əgər onun vicdanı varsa…”

“Rəhim Həsənov olmayan penaltini verdi. Bilmirəm bunu hardan uydurdu. Həmin epizoda diqqətlə baxsaq penaltidən söhbət belə gedə bilməz. Lakin Rəhim gördü ki, “Xəzər Lənkəran” hesabı bərabərləşdirməyə yaxındı, həmin an “Qarabağ” lehinə qərar qəbul etdi”.

Bu sözləri İdmanxeber.com saytına “Xəzər Lənkəran”ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu deyib.

Cənub klubunun rəsmisi bildirib ki, artıq bununla bağlı oyunun protokoluna şikayət qeyd ediblər:

“Əgər Rəhim Həsənovun vicdanı varsa oturub həmin epizoda diqqətlə baxsın. Heç nədən bizim xallarımızı əlimizdən aldı. Bu oyun bizim üçün dönüş nöqtəsi ola bilərdi. Artıq komanda da ikinci hissədə toparlanmışdı və qol vurmağa yaxın idi. Biz oyunun protokoluna öz şikayətimizi qeyd etmişik. Ancaq inanmıram Hakimlər Komitəsi bununla bağlı nə isə ölçü götürə. Baxarsız ki, 9 bal verərlə Rəhimə”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43