“Adrian Pit komandaya qayıdıb. Pitin bizimlə müqaviləsi var və özünə klub tapmadığına görə, o, əvəzedici heyətdə çıxış edəcək”.
Bu sözləri idmanxeber.com saytına açıqlamasında “Xəzər Lənkəran” klubunun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu deyib.
Klub rəsmisi bildirib ki, Pit Toşakın istəyi ilə göndərilib və onun bağışlanaraq əsas heyətə qayıtması inandırıcı görünmür:
“Toşak “Makkabi” ilə oyundan sonra Pitə özünə klub axtarmağı tövsiyyə etmişdi. Görünür Pit bu müddətdə özünə klub tapa bilməyib və bizimlə olan 1 illik müqaviləsinə əsasən əvəzedici heyətdə məşq etməsinə imkan yaradacağıq”.