Ölkə futbolu

“Xəzər Lənkəran”dan rəsmi mövqe: “Onu heç bir kluba vermərik!”

Geridə qoyduğumuz mövsümün ikinci yarısından sonra əsas heyətdə demək olar ki, az halda meydana çıxan Ağbala Ramazanov klubdan ayrılmayacaq.

İdmanxeber.com-a klubun mətbuat xidmətindən verilən məlumata görə, forasından çox-çox uzaq olan Ramazanov yeni mövsümdə də komandada qalacaq. Ağabala Ramazanovun hansısa kluba icarəyə verilməsi ilə bağlı yayılan xəbərləri birmənalı şəkildə yalanlayan Hüseyn Cəbrayıloğlu, gənc hücumçunu heç bir kluba verməyəcəklərini bildirib:

“Ağabala Ramazanov yeni mövsümdə də komandada qalacaq. Onu heç bir kluba verməyəcəyik!”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43