“Xəzər Lənkəran” Slavik Alxasov və Orxan Əliyevi komandada saxlamaq niyyətindədi.
İdmanxeber.com-a klubun mətbuat xidmətindən verilən məlumata görə, qış fasiləsində komandanın heyətinə qoşulan bu futbolçular ən pis halda hansısa kluba icarəyə verilə bilər.
Toşakın dönəmində XL-ə gətirilən Alxasov meydana çıxdığı oyunlarda yalnız etdiyi penaltilərlə komandasını pis vəziyyətdə qoydusa, Orxan Əliyev isə ümumiyyətlə yeni klubunda debüt belə etməyib.
Klubdan bildiriblər ki, hər iki futbolçuyla bağlı yekun qərarı yeni baş məqçi verəcək.