Kateqoriyasız

“Xəzər Lənkəran”dan Sağlam xəbərlər gəlmir: Türkiyə mətbuatından böyük iddia

Mustafa Dənizlinin istefasından sonra “Xəzər Lənkəran”da boş qalmış baş məşqçi postuna digər türk çalışdırıcı gətirilə bilər.

İdmanxeber.com-un məlumatına görə, Cənub klubunun fərxi prezidenti, “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimov bu dəfə komandanı Ərtuğrul Sağlama etibar edəcək.

Türkiyə mətbuatının yaydığı xəbərə görə, “Əskişəhərspor”da maliyyə problemi olduğundan, Sağlamın bu komandadan ayrılıb, Lənkərana gəlməsi daha real görünür.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43