Premyer Liqanın XX turu çərçivəsində səfərdə “Neftçi” ilə qarşılaşacaq “Xəzər Lənkəran” bu oyuna ciddi itki ilə çıxa bilər.
İdmanxeber.com-un məlumatına görə, Cənub komandasının əsas üzvlərindən olan Alfred Sankonun “Neftçi” ilə oyunda meydana çıxıb-çıxmayacağı sual altındadı.
Elbrus Məmmədovun komandası sabah Bakıya yola düşəcək.
Axşam saatlarında isə “ağ-yaşıllar”ın “Bakcell Arena”da son məşqi baş tutacaq.