AZAL-ın ən uğurlu transferlərindən olan Nedo Turkoviçin idmanxeber.com saytına müsahibəsi.
– “Xəzər Lənkəran”la oyunda gedən oyunu geri qaytarıb 1 xal qazandınız. Bu oyunla bağlı fikirlərinizi bilmək istəyərdim.
Çətin oyun oldu. 0:2 geridə olduğumuz oyunda özümüzdə güc tapıb matçı qurtara bilıdik və nəticədə bir xal qazandıq. İnanıram ki, bu qarşıdakı oyunlar üçün əla motivasiya olacaq.
– 82-ci dəqiqəyə kimi 0:2 geridə idiz. Oyunu xeyrinizə çevirə biləcəyinizi düşünürdüzmü?
Biz yaxşı komanda olduğumuza inanırıq. Son oyunlarda saədəc bəxtimiz gətirmir. Ancaq motivasiyamız oyunu bərabərləşdirməyə imkan verdi.
– “Xəzər Lənkəran” da rahatlaşmışdı…
Bəli, onlar elə bildi ki, oyun artıq qurtarıb. Ancaq heç vaxt “stop” demək olmaz.
– Hər şey sənin vurduğun ilk qoldan sonra başladı…
Bəli, biz daha yaxşı oynamağa başladı və hesaba tarazlıq gətirdik.
– Son oyunlarda tez-tez fərqlənirsən. Artıq sənin komandaya uyğunlaşdığını düşünmək olarmı?
Mən komandaya görə oynayıram. Komanda yoldaşlarım da mənə fərqlənməyə kömək edirlər, təşəkkür edirəm hər birinə.
Səxavət