Ölkə futbolu

“Xəzər Lənkəran”ı Lənkəranda məğlub etməliyik, başqa yolumuz yoxdu”

“İlk hissədə yaratdığımız qol imkanlarımızdan yararlana bilmədik. Belə komandalarla oyunda yaradılan imkanlardan istifadə edə bilmədikdə vəziyyət belə olur. “Sumqayıt” müdafiədə yaxşı oynadı və məğlub olmadı”.

Bunu idmanxeber.com-a açıqlamasında “İnter”in futbolçusu Məhəmməd Mirzəbəyov deyib.

“Bankirlər”in üzvü Azərbaycan Premyer Liqasının 19-cu turunda “Sumqayıt”la bərabərə qaldıqları oyunu şərh edərkən daha sonra milli komandaya ən real namizədlər sırasında olmasına sevindiyini bildirib:

“Mən çox əziyyət çəkirdim ki, milliyə dəvət alım. Əgər mənim adımı siyahıya salıbsa çox sevinərəm. Millidə çıxış etmək şərəfdi. Özümü yaxşı tərəfdən göstərməyə çalışıram. Azərbaycan millisində oynamağı çox istəyirəm”.

Mirzəbəyov 20-ci turda qarşılaşacaqları “Xəzər Lənkəran”la matça da toxunub:

“Biz bu oyunda buraxdığımız səhvlər üzərində işləyib nəticə çıxardacayıq. Lənkəranda “Xəzər Lənkəran”ı məğlub etməliyik. İlk pillədən çox geri qalmamaqa üçün 3 xal qazanmağımız vacibdi. Başqa yolumuz yoxdu”.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43