Ölkə futbolu

“Xəzər Lənkəran”ı məyus edən futbolçu: “Sevinirəm ki…”

“Neftçi”nin müdafiəçisi Karlos Kardoso klubun rəsmi saytına açıqlama verib. Braziliyalı futbolçu bunları bildirib:

“Çox təəssüf ki, bir müddət yaşıl meydanlardan kənarda qaldım. Buna görə də son görüşlərdə komandama kömək edə bilmədim. “Neftçi”də yetəri qədər səviyyəli futbolçular və eyni zamanda güclü rəqabət var. Sevinirəm ki, mən olmadığım dövrdə komandamız uğurla çıxış etdi və liderlər qrupundakı mövqeyimizi qoruduq. Bu müddətdə mənə dəstək olan hər kəsə təşəkkürümü bildirirəm. Artıq özümü yaxşı hiss edirəm və komanda ilə birgə  məşqlər keçirəm. Ümid edirəm ki, “İnter”lə oyunadək tam hazır olacağam. Əgər baş məşqçi mənə etimad göstərsə, çıxıb oynamağa hazıram”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43