Az öncə başa çatan “Qarabağ” – “Xəzər Lənkəran” matçında baş hakim Rəhim Həsənovun idarəçiliyi qonaq komandanın ciddi narazılığına səbəb oldu.
Cənubluları daha çox hiddətləndirən məqam görüşün 60-cı dəqiqəsində referinin “Xəzər Lənkəran”ın qapısına təyin etdiyi penalti epizodudu. Həsənovun həmin anda hansı səbəbdən 11 metrilk nöqtnə göstərməsi və Manuel Skarlatakeyə sarı vərəqə göstərməsi müəmmalıdı.
Həmin epizodun videosunu təqdim edirik. Buyurun, özünüz nəticə çıxardın…
rekord.az