Premyer Liqanın XII turu çərçivəsində keçirilən “Neftçi” – “Xəzər Lənkəran” (4:1) matçından sonra azarkeşlər və polislər arasında qarşıdurma yaşanıb.
Əldə etdiyimiz məlumata görə, bir qrup “Neftçi” azarkeşi 10 yaşlı “Xəzər Lənkəran” azarkeşini vəhşicəsinə döyüblər. Uşağa köməklik etmək istəyən bir nəfər isə polis dəyənəyinin qurbanı olub.