04 Yanvar 2025
Ölkə futbolu

“Xəzər Lənkəran”ın “B” planı işə düşür

Bu il öz meydanında keçirdiyi 3 oyunun heç birində qələbə qazana bilməyən “Xəzər Lənkəran” gözünü tək ümidi olan kuboka dikib.

İdmanxeber.com-un məlumatına görə, Cənub klubu 2014-cü ildə Premyer Liqada çıxdığı 6 oyunda mümkün 18 xaldan cəmi 8-ini toplaması Mustafa Dənizlinin də işini çətinə salıb. Hələ “Bakı”yla oyundan sonra klubdaxili iclasda “İnter”lə matçdan mütləq 3 xalla ayrılmaq göstərişi verilsə də, bu yenə baş tutmayıb və nəticədə “ağ-yaşıllar” aparıcı futbolçularının zədədən qorunması üçün bundan sonrakı çempionat matçlarını kubok oyunlarına görə qurban verməyə hazırlaşır. 

Qeyd edək ki, “Xəzər Lənkəran”ın kubokda növbəti rəqibi “Araz-Naxçıvan”dı. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43