“Xəzər Lənkəran”a yeni baş məşqçi təyin olunan Elbrus Məmmədovun “facebook” səhifəsində “Neftçi” klubunun forması ilə yerləşdirdiyi şəkil lənkəranlı azarkeşlərin etirazına səbəb olub.
İdmanxeber.com saytı bu məsələ ilə bağlı Elbrus Məmmədovun fikrini öyrənib:
“Bəli, belə bir şəkil mənim “facebook” səhifəmdə var. Mən “Neftçi”də işləmişəm, Qurban Qurbanovun köməkçisi olmuşam. Bundan əlavə əvəzedici heyəti də çalışdırmışam. Bu şəkilə belə etiraz olunması, mənə qarşı təxribat da ola bilər”.