“İndiki vəziyyətdə “Simurq”la oyuna kğöklənmişik. Əsas bu matçdır. Bundan sonra “Neftçi” ilə Superkubok oyunundan danışmaq olar”.
Bu sözləri idmanxeber.com-a açıqlamasında “Xəzər Lənkəran”ın futbolçusu Junior Nildo deyib.
Braziliyalı hücumçu Superkuboku Lənkərana gətirmək üçün əllərindən gələni edəcəklərini bildirib:
“Çalışacağıq ki, bu dəfə kuboku biz qazanq. Bütün gücümüzü ortaya qoyub, “Neftçi”ni məğlub edib, kuboku Lənkərana gətirməyə çalışacağıq. O başqa bir oyun olacaq”.