18 Oktyabr 2024
Kateqoriyasız

“Xəzər Lənkəran”ın “Böyük oyun” planı

Premyer Liqanın XII turunda “Neftçi” ilə qarşılaşacaq “Xəzər Lənkəran” sabah Bakıya gələcək.

Klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu idmanxeber.com-a açıqlamasında bildirib ki, Bakıda iki məşq nəzərdə tutulur:

“Burda sonuncu məşqimizi edib, daha sonra oktyabrın 30-da Bakıya yola düşəcək. İki gündə Bakıda məşq edəcəyik. Nildo xaric başqa zədəli futbolçumuz yoxdu”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43