Premyer Liqanın XII turunda “Neftçi” ilə qarşılaşacaq “Xəzər Lənkəran” sabah Bakıya gələcək.
Klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu idmanxeber.com-a açıqlamasında bildirib ki, Bakıda iki məşq nəzərdə tutulur:
“Burda sonuncu məşqimizi edib, daha sonra oktyabrın 30-da Bakıya yola düşəcək. İki gündə Bakıda məşq edəcəyik. Nildo xaric başqa zədəli futbolçumuz yoxdu”.