Öncədən də xəbər verdiyimiz kimi Sadio Tounkara “Xəzər Lənkəran”ın düşərgəsinə geri dönür.
İdmanxeber.com-a klubdan verilən məlumata görə, “ağ-yaşıllar”ın FIFA-ya şikayət etdiyi futbolçu cümə gününə kimi komandanın düşərgəsində olacaq.
Cənub klubunun rəhbərliyi isə malili futbolçunu cəzasız buraxmaq fikirində deyil. Klubun mətbuat xidmətindən saytımıza bildiriblər ki, Tounkara gələr-gəlməz cəzalandırlacaq. Hələ ki, cəzanın nədən ibarət olduğu bəlli deyil. Lakin Tounkara geri döndüyündə bir müddət əvəzedici heyətdə oynayacağı dəqiqdi.