Antalyada təlim-məşq toplanışını davam etdirən “Xəzər Lənkəran”ın yoxlama oyunu keçirəcəyi daha bir rəqibi müəyyənləşib.
İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, Elbrus Məmmədovun komandası sayca dördüncü sınaq matçnda Rumıniyanın əsas liqa təmsilçisi “Universitatya” (Krayova) ilə qarşılaşacaq. Oyun sabah keçiriləcək və Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Qeyd edək ki, “Universitatya” hazırda Rumıniya çempionatının turnir cədvəlində 29 xalla 6-cı pillədədir.