Premyer Liqasının XXXV turu “Xəzər Lənkəran”ın futbolçusu Rahid Əmirquliyev üçün əlamətdar olacaq. İdmanxeber.com-un klubun rəsmi saytına istinadən məlumatına görə, “ağ-yaşıllar”ın kapitanı komandanın heyətində 300-cü matçına çıxacaq.
2006-cı ilin yayında “Xəzər Lənkəran”a keçən yarımmüdafiəçi indiyədək 299 matç keçirdiyi komandada 29 qol vurub.
İndiyədək 130 dəfə meydançaya kapitan kimi çıxan Əmirquliyev oyun sayındakı ən yaxın izləyicisi Radomir Todorovu (183) 116 matç qabaqlayır. Rahid indiyədək çempionatda 234, kubokda 43, avrokuboklarda 15, “Birlik kuboku”nda 6, Superkubokda 1 matça çıxıb.
Yubilyar 2006/07 mövsümündə komandasının ilk oyununda debüt edib. 9 il əvvəl avqustun 11-də Lənkəran şəhər stadionunda “Neftçi” ilə prinsipial qarşılaşmanın 78-ci dəqiqəsində Zaur Ramazanovu əvəzləyən Rahid yeni klubunda debüt edib. “Ağ-yaşıllar”ın heyətində 29 qol vuran Əmirquliyev həm də klub tarixinin 3-cü bombardiridi.
O, yalnız Zaur Ramazanov (44) və Samir Əliyevdən (34) geri qalır. “Xəzər Lənkəran”ın qazandığı bütün titullarda payı olan Əmirquliyev komanda ilə Azərbaycan çempionu, 3 dəfə Azərbaycan Kuboku, Birlik kuboku və Azərbaycan Superkubokunu qazanıb.
Qeyd edək ki, yarımmüdafiəçi kapitan kimi çıxdığı oyunların sayında da klubun mütləq rekordçusudu.
Mövsüm |
Yarış |
Oyun |
Qol |
Sarı v. |
Qırmızı v. |
2006/07 |
çempionat |
17 |
5 |
1 |
0 |
2006/07 |
kubok |
8 |
2 |
0 |
0 |
2007/08 |
çempionat |
16 |
1 |
2 |
0 |
2007/08 |
ÇL |
2 |
0 |
0 |
0 |
2007/08 |
kubok |
5 |
1 |
0 |
0 |
2008/08 |
Birlik kuboku |
6 |
3 |
0 |
0 |
2008/09 |
çempionat |
24 |
4 |
3 |
0 |
2008/09 |
kubok |
3 |
0 |
0 |
0 |
2008/09 |
UEFA kuboku |
2 |
0 |
1 |
0 |
2009/10 |
çempionat |
27 |
1 |
5 |
0 |
2009/10 |
kubok |
5 |
0 |
0 |
0 |
2010/11 |
Avropa Liqası |
2 |
0 |
1 |
0 |
2010/11 |
çempionat |
30 |
0 |
4 |
0 |
2010/11 |
kubok |
6 |
1 |
0 |
0 |
2011/12 |
Avropa Liqası |
2 |
0 |
0 |
0 |
2011/12 |
çempionat |
31 |
5 |
5 |
0 |
2011/12 |
kubok |
3 |
0 |
0 |
0 |
2012/13 |
Avropa Liqası |
4 |
0 |
4 |
1 |
2012/13 |
çempionat |
30 |
1 |
5 |
0 |
2012/13 |
kubok |
6 |
2 |
1 |
0 |
2013/14 |
Avropa Liqası |
3 |
1 |
1 |
0 |
2013/14 |
çempionat |
31 |
0 |
7 |
0 |
2013/14 |
Superkubok |
1 |
0 |
1 |
0 |
2013/14 |
kubok |
5 |
0 |
1 |
0 |
2014/15 |
çempionat |
28 |
2 |
8 |
0 |
2014/15 |
kubok |
2 |
0 |
0 |
0 |
|
Superkubok |
1 |
0 |
1 |
0 |
|
kubok |
43 |
6 |
2 |
0 |
|
çempionat |
234 |
19 |
40 |
0 |
|
Birlik kuboku |
6 |
3 |
0 |
0 |
|
Avrokuboklar |
15 |
1 |
7 |
1 |
|
Cəmi – 10 mövsüm |
299 |
29 |
50 |
1 |