Ölkə futbolu

“Xəzər Lənkəran”ın fan-klubunun rəhbəri xəstəxanaya aparıldı

“Bir neçə vaxtdır ki,səhhətində problem yaranan “12-ci oyunçu”Azarkeş Qrupunun rəhbəri İslam Cabbarlı ilk olaraq Sumqayıt şəhərinin 2 saylı xəstəxanasında müaliçə alsa da adıçəkilən səhiiyə ocağında şəraitsizlik ucbatından öz istəyi ilə evə buraxılaraq müalicəsini evində davam etdirirdi. Bununla belə İslamın əsaslı müayinə ehtiyacı vardı.

  Bu gün “Xəzər Lənkəran”klubu xeyirxah addım ataraq İslama lazımi köməkliyi göstərib. Bu haqda İslam bəyin özündən məlumat aldıq.” Bir neçə gün öncə klubun vitse-prezidenti Tuyqun Nadirov mənimlə telefon danışığında səhhətimlə maraqlanarkən “Xəzər Lənkəran”klubunun lazım olan hər şeyi edəcəyini bildirdi. Bu gün səhər klubumuzun mətbuat katibi Hüseyn Cəbrayıloğlu zəng vurdu və bir neçə dəqiqə sonra ölkəmizin ən tanınmış və müasir tibb ocaqlarından olan Gömrük Hospitalının ambulansı ilə adıçəkilən hospitala müayinə üçün aparılacağımı bildirdi. Elə az sonra ambulans məni evdən götürərək Gömrük Hospiatlına apardı. Sözün düzü ölkəmizdə belə tibb müəsissəsinin olmasına sevindim. Ən müasir aparatlarla müayinə olundum. Hətta anjunoqrafiya belə olundum. Ürək damarlarımda problemlər var. Çox güman damarlardan birinə yaxında stend qoyulması lazım gələcək. Hazırda 6 saatdan çoxdur ki, Gömrük Hospitalında ən müasir palatada müayinəm davam edir. Klubumuz bütün müayinə xərclərini öz üzərinə götürüb. Əsas odur ki,indi səhhətimdə dəqiq nələrin baş verdiyi mənə tam aydın oldu.Çunki burda cox guclu avadanliqlar var və tanınmış həkimlər çalisir .Müayinəm bitdikdən sonra yenə də Gömrük Hospitalının ambulnası ilə evə aparlıcağam. Saytımız vasitəsilə klub rəhbərliyinə minnətdarlıq edirəm. İnşallah yaxında yenə də sizlərlə birgə olacağıma inanıram. Hamıya salamlarımı çatdırıram.”

12cioyuncu.info

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43