“Antalyaya məni də aparırdılar. Sadəcə əsgərlik sənədlərimizdə problem oldu”.
Bu sözləri idmanxeber.com-a “Xəzər Lənkəran”ın qapıçısı Tərlan Qasımzadə deyib.
Cənub klubunun gənc əlcək sahibi AFFA-dan gələcək sənədləri gözləyir:
“İndi MOİK-dəyəm, əsgərəm. AFFA-dan kağız verməlidilər. Mənim pasportum yoxdu, onu da həll etməlidilər. Sənədlər bu yaxınlarda düzəlsə, gedəcəm Antalyaya. Xəbər gözləyirik”.