DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində “Xəzər Lənkəran”ın futbolçusu Nikola Qliqorovun komandası olan Makedoniya millisi növbəti oyununu keçirib.
Komanda səfərdə Uelsin qonağı olub.
Qarşılaşma 1:0 hesabı ilə ev sahiblərinin xeyrinə başa çatıb. Uelslə ilk matçda start heyətində meydana çıxan və 90 dəqiqə oynayan Lənkəran təmsilçisinin yarımmüdafiəçisi bu dəfə ehtiyatda qalıb.