24 Dekabr 2024
Kateqoriyasız

“Xəzər Lənkəran”ın futbolçusu sıradan çıxdı: “Rəvan”la matçda oynaya biləcəkmi? (AÇIQLAMA)

“Xəzər Lənkəran”ın futbolçusu Zaman Mirzəyev zədələnib.

Futbolçu İdmanxeber.com-a açıqlamasında zədəsinin ciddi olub-olmamasının sabahkı müayinədən sonra bilinəıcəyini bildirib:

“Dizimdən zədələnmişdim, o da yaxşılaşıb. Paxda yırtıq ola bilər, sabah muayinədən sonra tam bilinəcək. Əgər ciddi bir şey olmasa “Rəvan”la oyunda komandama kömək edə biləcəm”.

Qeyd edək ki, Z.Mirzəyev “Şərurspor”la oyunda sıradan çıxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43