Müsahibə

“Xəzər Lənkəran”ın futbolçusu: “Stimul və inam xalı gətirdi” (MÜSAHİBƏ)

“Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Tural Cəlilovun İdmanxeber.com-a müsahibəsi

– 0:2-dən geri dönüş edərək, matçı qurtardınız. 10 nəfərlə 2 top geridə qalarkən xal qazanacağınızı düşünürdüz?

– Açığı bu oyuna çox ciddi hazırlaşmışdıq. Məsuliyyətimizi dərk edirdik. Hamı gördü necə həvəslə çalışmışıq. Hamımız bilirdik ki, bu oyun bizim üçün nə deməkdi. Pis başlamadıq oyuna. 10-15 dəqiqə yaxşı  oynadıq. Sonra heç nədən qapımızda qollar gördük. Heç nədən qırmızı vərəqə də aldıq. Bəlkə də çoxları fikirləşdi ki, biz bununla da uduzduq. Çətin görünürdü oyunu çevirmək. Şükür, bunu da bacardıq.

İlk hissədən sonra belə bir görüntü var idi ki, artıq XL məğlubiyyətlə barışıb və çox qol buraxmamağa çalışacaq… Baş məşqçi fasiədə sizə nə dedi ki, ikinci yarı biz başqa komanda gördük meydanda?

Məşqçi korpusu oyunu necə dəyişə biləcəyimizi bizə başa saldı. İnandılar uşaqlara. Sözü bir yerə qoyduq. İnamı qaytardıq özümüzə, yenidən həvəsləndik. Bunların nəticəsində oyunda dönüş yaratdıq. Stimul və inam xalı gətirdi.

– Sankonun qırmızı vərəqə aldığı epizodla bağlı nə deyərdin?

O, düz etmədi. bu.cür oyunda komandanı tək qoydu. Təbii ki, Sanko düzgün hərəkət etmədi. 11 nəfər qalsaydıq, daha yaxşı olardı, daha yaxşı müqavimət göstərərdik, qalib də gələ bilərdik. Buna baxmayaraq, dönüş yara bildik. Kollektivə, usaqlara təşəkkür düşür. Hamı ürəkdən, meydanda necə lazımdı, Elə döyüşdü.

– Necə fikirləşirsən, xal qazanmağınızda “Neftçi”nin birinci hissədən sonra arxayınlaşması rol oynadı?

– Futbolda hər şey olur. Deyə bilmərəm, “Neftçi” arxayınlaşdı, ya yox, hər halda iki qol vurub, nəyə qadir olduğumuzu göstərdik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43