"Xəzər Lənkəran"ın futbolçusu Nikola Qliqorov Makedoniya yığmasına dəvət alıb. Komandanın hazırki baş məşqçisi Zoran Stratev DÇ 2014-ün seçmə mərhələsindəki görüşlərdə Qliqorova da ehtiyac duyub.
Yarımmüdafiəçi heyətlə birlikdə Uelsə və ordan da Serbiyaya yollanacaq.
Makedoniya britaniyalılarla oktyabrın 11-də Kardiffdə, serblərlə isə həmin ayın 15-də Belqradda görüşəcək.