Bu gündən etibarən Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı başlayan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik olub.
Fevralın 24-də keçiriləcək Topaz Premyer Liqasının III turundan təxirə salınmış AZAL – “Neftçi” oyunu ilə əlaqədar Samir Məsimov, zədəli olduğu üçün isə Elşən Abdullayev toplanışa qatılmayıb. “Xəzər Lənkəran” klubundan Elnur Cəfərov hazırlıq prosesinə cəlb olunub.