“Xəzər Lənkəran” hazırlıqlarını Antalyada davam etdirir.
İdmanxeber.com-un məlumatına görə, Cənub klubu bu gün növbəti məşqinə çıxacaq. Bu gündən etibarən məşqlər səhər və axşam olmaqla iki dəfə keçiriləcək.
Komandanın düşərgəsində olmayan yeganə futbolçu Elnur Cəfərovdur. Hazırda Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən beynəlxalq futbol turnirində Azərbaycan millisinin heyətində çıxış edən Elnur Cəfərov yarışma bitdikdən sonra Türkiyəyə yollanaraq “Xəzər Lənkəran”ın düşərgəsinə qoşulacaq.