Türkiyənin Kapadokya bölgəsində təlim-məşq toplanışında olan “Xəzər Lənkəran” sabah ilk yoxlama oyununa çıxacaq.
İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda Türkiyə 3-cü liqa təmsilçisi “Niğdespor”la qarşılaşacaq.
Oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Lənkəran təmsilçisi üç gün sonra Superliqa təmsilçisi ilə qüvvəsini sınayacaq. “Kasımpaşa” ilə oyunun start fiti Bakı vaxtı ilə saat 19:30-da veriləcək.
Qeyd edək ki, “Xəzər Lənkəran” ilk yoxlama matçında Türkiyənin “Kayseri Ərciyəsspor” klubunun A2 komandası ilə qarşılaşmalı idi. Lakin Kayseri təmsilçisinin heyətində bir sıra futbolçunun zədələnməsi səbəbindən bu görüş baş tutmayıb.