“Xəzər Lənkəran” hazırlığını davam etdirir.
İdmanxeber.com-un məlumatına görə, artıq cənub klubunun ilk yoxlama oyunundakı rəqibi də məlumdur. Belə ki, “ağ-yaşıllar” yanvarın 23-də “Sumqayıt”ın əvəzedici komandası ilə qarşılaşacaq. Bundan bir gün öncə isə komanda Bakıya yola düşəcək və hazırlığını paytaxtda davam etdirəcək.
Yanvarın 25-də daha bir sınaq matçının keçirilməsi nəzərdə tutulub. Amma rəqibin kimliyi hələlik, bəlli deyil.