“Xəzər Lənkəran”da Oğuz Çətinin istefasından sonra məşqçilər heyətinə yeni təyinatlar açıqlanıb.
İdmanxeber.com-un məlumatına görə, artıq yeni baş məşqçi Elbrus Məmmədovun köməkçiləri bəllidir.
E.Məmmədova əsas komandada qapıçılar üzrə məşqçi Vidadi Hüseynov və fiziki-hazırlıq üzrə məşqçi Covanni Melkiorre kömək edəcəklər. Əvəzedici komanda isə Hafiz Əliyevə tapşırılıb.
Qeyd edək ki, Oğuz Çətinlə yanaşı, onun köməkçiləri Mustafa Eskisoy və Murat Göksu da “Xəzər Lənkəran”dan ayrılıb.