“Xəzər Lənkəran”ın məşqçisi Mustafa Əskisoy AZAL-la oyunda qazanılan bir xlaı şərh edib.
İdmanxeber.com-a danışan türkiyəli mütəxəssis xal itkilərinin qaçılmaz olacağını bildirib:
“Adətən mövsümün ilk oyunları həmişə çətin olur. Yaxşı başlamışdıq. İlk hissədə üstünlüyümüz var idi. Rəqibin bir epizodu oldu, onda da fərqləndilər. Kəskin hücumlarımız var idi, tək problem həmin zərbələri məntiqi sonluğa çatdıra bilməməyimiz idi. Bax, budur əsas problem. Əslində qazanmalı olduğumuz oyun idi. Heç nədən oyun əldən getdi. Belə oyunlar çox olacaq. Xal itkiləri qaçılmazdı. Ancaq bundan sonra daha diqqətli olub, qarşıdakı oyunlarımıza baxacağıq. Çempionat qarşıdadı”.