Premyer Liqanın X turu çərçivəsində "Simurq"la qarşılaşacaq "Xəzər Lənkəran" "Bayıl stadionu"nda son məşqini keçirib.
İdmanxeber.com saytının məlumatına görə, məşqin bitiminə az bir vaxt qalmış Cənub klubunun iki üzvü – Orxan Sadıqlı və Uğur Pamuk arasında "söz davası" yaşanıb.
Belə ki, "Sumqayıt"dan transfer olunan Pamuk məşqin sonlarında Sadıqlıya yaxınlaşaraq, ona nəyisə başa salmağa başladı. Gənc qapıçı Pamuka cavabında isə "deyirəm qayıt, qayıt da. Niyə yekəxanalıq edirsən?" – dedi. 3-4 dəqiqəlik "söz atışması"ndan sonra isə məşq bitdi və hər iki futbolçu sonda zarafatlaşaraq, heç nə olmamış kimi klub avtobusuna doğru addımladılar.
mənbə: idmanxeber.com