Topaz Premyer Liqasının XIX turu “Xəzər Lənkəran”ın rumıniyalı müdafiəçisi Adrian Skarlatake üçün əlamətdar olub.
Klub saytına istinadən verdiyimiz məlumata görə, “Qarabağ”ın qapısına vurduğu qolla komandasına 1:0 hesablı qələbə qazandıran arxa xətt oyunçusu “ağ-yaşıllar”ın heyətində 10-cu dəfə fərqlənib. Yubiley qolu müdafiəçini klub tarixinin ən yaxşı 17 bombardiri sırasına daxil olmasına imkan verib. Belə ki, Skarlatakeyədək klub tarixində 16 futbolçu 10 və daha çox qol vurmuşdu.
Rumıniyalı 10 qoldan yarısını ötən mövsüm çempionatda vurub. Cari mövsüm Premyer Liqada 2-ci dəfə fərqlənən müdafiəçi 2011/12 mövsümündə çempionat və kubok, 2012/13 mövsümündə isə Avropa Liqasında 1 dəfə fərqlənmişdi.
“Xəzər Lənkəran”da 10 və daha çox qol vuranlar
1. |
Zaur Ramazanov |
44 |
2. |
Samir Əliyev |
34 |
3. |
Rahid Əmirquliyev |
27 |
4. |
Mario Souza |
26 |
5. |
İvan Tsvetkov |
24 |
6-8. |
Rəşad Abdullayev |
18 |
|
Vüqar Nadirov |
18 |
|
Oqtay Dərəlioğlu |
18 |
9-10. |
Allan Lalin |
14 |
|
Branimir Subaşiç |
14 |
11. |
Edmond N’Tiamoa |
13 |
12-14. |
Alim Qurbanov |
12 |
|
Emin Quliyev |
12 |
|
Uinston Parks |
12 |
15-17. |
Junior Osvaldo |
11 |
|
Emeka Opara |
11 |
|
Adrian Manuel Skarlataçe |
10 |