Kateqoriyasız

“Xəzər Lənkəran”ın sürücüsü “Neftçi”nin azarkeşlərindən gileyləndi: “Hər dəfə avtobusu daşa basırlar”

Ötən həftəXəzər Lənkəranın yaranmasının 10 illiyi ilə əlaqədar yazı hazırlamaq üçün Lənkərana gedəndə uzun müddət bu klubda sıravi işçi kimi çalışan bir neçə nəfər ilə görüşməyi nəzərdə tutmuşdum. Onlardan biri Əvəz dayı idi. Ötən sayımızdaXəzər Lənkəranın sadiq azarkeşi Arif Qurbanovla bağlı yazını oxuculara təqdim etmişdim. Düzü, əvvəl həm Qurbanovla həm Əvəz dayı ilə müsahibələri bir yazıda birləşdirmək istəsəm , sonradan birbirilərinəyamaqolacağından çəkinərək ayrıayrı hazırlamaq qərarına gəldim. Əvəz Mirzəbəyovu təqdim etmədimklubun sürücüsüdür. 1959-cu ildə anadan olub. “Xəzər Lənkəranyaranan gündən bu klubda işləyir. Onunla söhbət gözlədiyimdən maraqlı alındı. Danışmağı xoşlamayan bu insandan nəyi isə qoparmaq özü böyük bir idi. Zarafat deyil, indiyə kimi çox həmkarlarım ondan müsahibə götürmək istəyiblər, amma razı olmayıb. Mənə gəlincə isə, heç özüm bilmədimsaqqızını necə oğurladım”. Əvəz dayı ilə 10 il əvvəli yada salırıq, klubda işə düzəldiyi vaxtları:

– 34 illik stajım var. Bakıda avtovağzalda avtobus sürücüsü işləyirdim. 2004- ildə komanda yarananda Sumqayıtda məskunlaşmışdılar. Onda klubun avtobusu olmadığından harasa getmək üçün sifarişlə kimisə çağırırdılar. Bir dəfə tanış uşaqlar mənə bu işi təklif etdilər. Klubdan kimsə həmin uşaqlara təcrübəli, başıaşağı sürücü lazım olduğunu demişdi. Razılaşdım. Bir qədər sonraHyundayaldılar. Elə o vaxtdan buradayam. İndi sürdüyüm avtobus sayca üçüncüdür.

Deyəsən, maşına yaxşı baxırsınız.

Çörəyim buradan çıxır, baxmalıyam da. Təmirlə bağlı lazımdırsa, klub eləyir. Mənə qalır adi şeyləri nəzarətdə saxlamaq.

Komanda ilə ilk səfərininz yadınızdadır?

May ayında Qubaya toplaşa getmişdik. Onda baş məşqçi Nazim Süleymanov idi.

Söhbətiniz tuturdu? Adətən, məşqçilər sürücüyə ən yaxın yerdə əyləşirlər.

Nazimlə . Məşqçilərdən hamısını xatırlayıramAğasəlim Mircavadov, Yunis Hüseynov, Rasim KaraXasiyyətimə bələd olduqlarından mənimlə işləri yox idi, çox sual vermirdilər. Ağasəlim müəllim hərdən oyundan sonra sataşırdı ki, bir az bərk sür, evə tez çataq. Bilirdi ki, olsa da sürət həddini keçməyəcəm. Məni hirsləndirmək istəyirdi.

Deyirlər, futbolçular yaxşı yol yoldaşı olur. Hansı daha yaxşı həmsöhbət idi?

Alim Qurbanov, Kamran Ağayev çox vaxt gəlib yanımda oturardı. Onlarla vaxt tez keçirdi.

Maraqlıdır, nədən söhbət edirdiniz?

Yolda nədən danışarlar? Hər şeydən. Danışmağa o qədər mövzu olur ki.

Əcnəbilərdən hansı daha çox

yadınızda qalıb?

Belə baxanda pis uşaqlara oxşamırlar. Avtobusun arxa qapısından minib, elə oradan da düşürlər. Çoxlarının adlarını hələ indiyə kimi bilmirəm.

Hansısa futbolçu komandadan gedəndə heyfslənibsiniz?

Əcnəbilərdən heç biri. Bizimkilərdən Alim Qurbanov, Kamran Abdullayev, Elnur AbdullayevYaxşı uşaqlar idi.

Bu arada söhbətə klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu qoşulur. Hüseyn ilk dəfə Əvəz dayı ilə ilk səfərindən danışır: “Adama elə gəlirdi ki, avtobusuçur”. Çox sürətlə gedirdi. Bir o vaxt ayıldım ki, həyəcandan 6 butılka su boşaltmışam. Sonradan alışdım. Azərbaycanda Əvəz dayı kimi etibarlı sürücü hələ ki rastıma çıxmayıb”.

Hüseyn deyir ki, etibarlısınız. Olub ki, yolda hansısa qəzaya uğrayıbsınız?

Şükür Allaha, indiyə kimi belə bir hal olmayıb. Bircə dəfə Biləsuvarın çıxışında avtobusun arxa təkəri partlayıb. Onu da məndən başqa heç kimi hiss eləməyib.

Gününüzün çox yollarda keçir. Başınıza gələn bir maraqlı hadisə danışardınız. Amma deməyin ki, olmayıb.

Hər dəfə Lənkərana gələndə yolüstü Salyanda dayanırıq. Uşaqlar çay içirlər, bir qədər havalarını dəyişirlər. Bir dəfə yenicə yola düzəlmişdim ki, baxdım arxadan bir maşın işıqlarınımarqatlayır”. Yol verirəm, əl çəkmir. Axırda sağa verib saxladım ki, görüm bu istəyir. Birdən həmin maşından Emin Quliyev düşdü. Demə, yaddan çıxıb Salyanda qalıb. Yanında oturan da heç fikir veməyib.

Elə hal olubmu ki, futbolçu özünü pis aparıb ürəyinizdən onu avtobusdan düşürmək keçib?

Mənim onlarla işim var? Hərdən olub. Amma özlərinə yox, məşqçiyə demişəm ki, bir az sakit olsunlar, fikrimi yayındırırlar.

Yaxşı, futbolçular çox pintidilər?

– “Qaralar çox pintidilər. Bizimkilər heyf deyil?

Düşəndən sonra sizə hədiyyəsaxlayanlar?

Almanı, bananı dişləyib saxlanc yerinə qoyurlar. Şirəsini özüm təmizləyirəm. Bir baxırsan ki, saqqızı harasa yapışdırıblar. Məcbüram 2-3 gün gözləyim ki, qurusun. Saqqız quruyanda təmizləmək daha rahat olur.

Qələbədən ya məğlubiyyətdən sonra avtobusda əhvalruhiyyə necə olur?

Udanda kefləri kök olur. Deyibgülürlər, zarafatlaşırlar. Uduzanda isə səsləri çıxmır. Hamısı başını atıb yatır.

Mustafa Dənizli necə yol yodaşıdır?

Yaxşıdı. Amma məni qayda pozmağa çox vadar edir. Bir yerə gedəndə həmişə tələsdirir. İstəristəməz xırdanaruşeniyaedirəm. Ammaqırmızıda keçmək, “protivgetmək mənlik deyil.

Komandanın oyunlarına baxırsınız, yoxsa avtobusda gözləmək daha yaxşıdır?

Niyə baxmıram? Səfərlərdə avtobusu elə yerdə saxlayıram ki, həm gözüm üstündə olsun, həm oyunu izləyim. Birdən nəsə eləyərlər axı.

İndiyə kimi nəsə eləyiblər?

– “Neftçiilə oyundan sonra həmişə. “Neftçinin azarkeşləri hər dəfə avtobusu daşlayırlar. Ay balam, dəmir parçasının günahı var, acığınızı başqa şeydən çıxa bilmirsiniz? Axırıncı dəfə şüşəsini sındırmışdılar. Hər dəfə onlarla oyundan sonra nəyisə düzəltdirirəm.

Əvəz dayı, sizcəXəzər Lənkəranniyə bu günə düşüb?

deyim vallah, mən onların işinə qarışmıram. Yəqin ki, yaxşı oynamırlar, ona görə. Yoxsa. Nəyimiz əskikdi. Şükür Allaha şər şeyimiz var.

Bəs, neyləmək lazımdır ki, yaxşı oynasınlar?

Elə sual verirsən ki, cavab tapmaqda çətinlik çəkirəm. Yaxşı oynamaq üçün əsas kollektivdə mehribançılıq olmalıdır. “Xəzər Lənkəranda da bu, həmişə olub. Əsas odur ki, futbolçular məşqçiyə, məşqçi futbolçuya güvənsin. Həmişə udmaq olmaz ki, düzələr.

vaxtsa işdən çıxmağı fikirləşibsiniz?

Yox. Burada hər şey məni qane edir


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43