18 Oktyabr 2024
Kateqoriyasız

“Xəzər Lənkəran”ın transfer etmək istədiyi futbolçu gəldi

Öncədən də xəbər verdiyimiz kimi “Xəzər Lənkəran”ın düşərgəsində Braziliyadan futbolçu qoşulacaqdı. Artıq adını da dəqiqləşdirdiyimiz futbolçu Cənub klubunun düşərgəsindədi.

Klubdan əldə etdiyimiz məlumata görə, “ağ-yaşıllar”a qoşulan futbolçu Tieqodu.

Tam adı Villian Tieqo de Jesus olan 28 yaşlı futbolçunun son iş yeri ölkəsinin “Fiqueyrense” klubu olub. Mərkəz müdafiəçisi burada 43 oyunda 4 dəfə fərqlənməyi bacarıb. 

2009-2010- mövsümündə Yaponiyanın “Kioto Sanqa” klubunun şərəfini qoruyan Tieqo hələ ki, yeganə legioner həyatı yaşadığı klubda 11 oyun keçirdib. O, bundan əlavə ölkəsinin “Serqipe”, “Qremio”, “Bahia” və “Çeara” kimi klublarının formasını geyinib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43