“Çempionatın əvvəlində biz turnir cədvəlinin aşağılarında gedirdik. Avrokuboklara düşmək ümidimiz yox idi. Ancaq indi gümüş medalçı kimi mövsümü yekunlaşdırdıq. “Qarabağ”ı da çempionluq münasibəti ilə təbrik edirəm”.
Bu sözləri idmanxeber.com-a açıqlamasında “İnter”in qapıçısı Səlahət Ağayev deyib.
Bank klubunun qolkiperi “Xəzər Lənkəran”ın onunla maraqlandığını və yayda Lənkərana gedəcəyi ilə bağlı yayılan xəbərləri yalanlayıb:
“Mən heç yerə getmirəm. “İnter”də hər şey yaxşıdı. Bunlar yanlış informasiyalardı. Son nöqtəni qoyuram: “İnter”dən ayrılmıram!”.