Müsahibə

“Xəzər Lənkəran”ın uğursuz transferi: “Heç bir problem yoxdur” – MÜSAHİBƏ

“Xəzər Lənkəran”ın qapıçısı Duqlas Leyte Braziliya KİV-nə müsahibəsində Azərbaycana öyrəşməsi, Lənkərandakı şərait haqda danışıb. 

Azərbaycanda necə yaşayırsınız?

Çox sakit. Biz Bakıda qalırıq, bura ölkənin paytaxtıdır. Əhali iki milyon nəfərdən aza çoxdur. Bu şəhərdə lazım olan hər şey var – ticarət mərkəzləri, parklar. Bura çox təhlükəsizdir. Düzdür, son vaxtlar alışmadığım qədər hava sərinləyir.

Azərbaycan müsəlman ölkəsidir?

Bəli, burada gündə üç-dörd dəfə dua edirlər. Ancaq qadınlar pərəncə daşımır, çox sərbəst geyinirlər. Azərbaycan çox liberal ölkədir.

Sizə bura alışmaq çətin oldu?

Yox. Biz Bakıya çox tez öyrəşdik. Qızım xüsusi məktəbə gedir. Heç bir problem yoxdur.

Bəs mətbəx?

Həyat yoldaşım Braziliyadan çoxlu ərzaq gətirib. Ancaq mən də yerli mətbəxi sevməyə vaxt tapmışam. Evdə olanda əsasən Braziliya mətbəxindən yeməklər yeyirəm. Səfərdə olanda isə bütün komandanın qidalandığı kimi qidalanıram.

İşinizin şəraiti necədir?

Şərait çox yaxşıdır. Klub lazımlı hər şeylə təchiz olunub. Azərbaycan Super Kubokunda qələbə bizə vacib idi. Bu, “Neftçi” üzərində gözəl qələbə idi. Biz nailiyyətlərimizdən çox xoşbəxtik.

Yerli dili öyrənməyə vaxt tapmışınız?

Futbolda hamı bir-birini bir kəlmədən başa düşür. Meydandan kənarda ingiliscə danışmağa çalışırıq. Portuqalcadan tərcüməçimiz var. Yerli əhali ilə ünsiyyət qurmaq çətindir. Hər azərbaycanlı ingiliscə bilmir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43