"Xəzər Lənkəran"ın yeni transferi Əfran İsmayılov Cənub klubuna Bakıda qoşulacaq.
İdmanxeber.com-un məlumatına görə, səfirlikdən viza ala bilməyən futbolçu “Xəzər Lənkəran”a Sloveniyada qoşula bilməyəcək.
İsmayılov "Xəzər Lənkəran"ın Bakıya dönməsini gözləyir. "Ağ-yaşıllar" iyulun 28-də Sloveniya toplanışına yekun vuracaqlar və "Bakı"nın sabiq üzvü bu tarixdə yeni klubunun düşərgəsinə qoşula biləcək.