"Qarabağ”ın uzun müddətdir ki, zədə səbəbindən yaşıl meydanlardan uzaq qalan futbolçusu Danilo Dias tam sağalıb.
İdmanxeber.com-un məlumatına görə, braziliyalı artıq məşqlərə başlayıb. Diasın bu gün "Xəzər Lənkəran"la matçda forma geyinməsi isə baş məşqçi Qurban Qurbanovun verəcəyi qərardan asılıdır.