Ölkə futbolu

“Xəzər Lənkəran”la görüş öncəsi “Qarabağ” bu xəbərə sevindi

"Qarabağ”ın uzun müddətdir ki, zədə səbəbindən yaşıl meydanlardan uzaq qalan futbolçusu Danilo Dias tam sağalıb.

İdmanxeber.com-un məlumatına görə, braziliyalı artıq məşqlərə başlayıb. Diasın bu gün  "Xəzər Lənkəran"la matçda forma geyinməsi isə baş məşqçi Qurban Qurbanovun verəcəyi qərardan asılıdır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43